Ermənistanda bu gün keçirilən növbədənkənar seçkilərlə bağlı “RİA Novosti”nin apardığı sorğunun nəticələri elan olunub.
Eurasia Diary xəbər verir ki, 6-14 iyunda aparılan sorğunun məhz seçki günü elan edilib.
Bildirilib ki, sorğuda 992 respondent iştirak edib. Onlardan 32% Robert Koçaryanın “Ermənistan” blokuna, 24% isə Paşinyanın Mülki Müqavilə Partiyasına səs verməyə hazır olduğunu deyib.
Çiçəklənən Ermənistan (Çarukyan) 4%, “Şərəf Duyuram” bloku (Serj Sarkisyan) isə 2% səs alıb.
Qeyd edək ki, sorğu nəticəsinin seçki günü elan edilməsi Koçaryanın Rusiya mediası tərəfindən dəstəklənməsi anlamına gəlir. Ehtimal edilir ki, Paşinyanın üstünlüyü ehtimalı yüksək olduğu üçün Koçaryanın küçə mübarizəsinə başlamasına artıq hazırlıq gedir.
Seçki məntəqələri bağlanandan sonra “Ermənistan” blokunun küçələrə çıxacağı və nüfuzlu media qurumlarının da bu prosesi dəstəkləyəcəyi gözlənilir.