2008-ci ildən NATO Ukraynanın alyansa üzv olması üçün heç bir addım atmayıb.
Eurasia Diary xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
Onun sözlərinə görə, alyans Ukraynaya üzvlük üçün reformlar siyahısını təqdim etməlidir. O, Ukraynada 2014-cü ildəki inqilabdan sonra çox reformlar keçirildiyini bildirib.