Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ehtiyatda olan general Samvel Babayanı müdafiə naziri təyin etmək niyyətindədir.
Eurasia Diary xəbər verir ki, bu məlumatı “İravunk” qəzeti yayıb. Qəzet bir müddət əvvəl də bu iddiaların səsləndiyini, Babayanı bu vəzifəyə Paşinyanın həyata yoldaşı Anna Akopyanın gətirmək istədiyini yazıb.
Qeyd edək ki, Babayan əslən Qarabağdandır. O, azərbaycanlılara qarşı qətliamlara imza atan şəxslərdən biridir.