Ermənistan Türkiyədən məhsul idxalına qoyduğu qadağanı uzadıb.
Eurasia Diary xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
Embarqonun daha 6 ay uzadıldığı bildirilib.
O, embarqo sayəsində Türkiyədən idxalın 70% azaldığını və praktik olaraq hazır məhsulların gətirilməsinin tam dayandırıldığını söyləyib.