Lukaşenko məşhur blogeri azadlığa buraxdı | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Lukaşenko məşhur blogeri azadlığa buraxdı

Dünya A- A A+

NEXTA Teleqram kanalının bir müddət öncə həbs edilmiş keçmiş baş redaktoru Roman Protaseviç ev dustaqlığına buraxılıb.

Eurasia Diary xəbər verir ki, bu məlumatı BBC-nin rusca xidməti yayıb.

Qeyd edək ki, Protaseviç mayın 23-də “Ryaneyr” aviaşirkətinin təyyarəsinin məcbur endirilməsindən sonra Belarus xüsusi xidmət orqanları tərəfindən həbs edilmişdi. Minskin bu addımı Avropa Birliyinin kəskin reaksiyasına səbəb olmuş, Minskə qarşı sanksiyalar dalğası başlamış və bəzi ölkələr Belarus üzərindən uçuşları dayandırmışdı.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...