Eurasia Diary-nin Eastnews.org-a istinadən verdiyi xəbərə görə, İsrail Müdafiə naziri Beni Qantsın fransız həmkarı Florens Parli ilə görüşmək üçün sabah Parisə gedəcəyi bildirilib.
İsrailin "Jerusalem Post" qəzetinin xəbərinə görə, Qants sözügedən səfəri "strateji dialoq aparmaq üçün" edəcək.
Xəbərdə ikitərəfli görüş zamanı İranın nüvə sazişi və Livandakı kritik vəziyyətin, xüsusilə NSO-dakı kiber təhlükəsizlik məsələsinin müzakirə ediləcəyi qeyd olunub.
İsrail mətbuatında yer alan xəbərlərə görə, Fransa Prezidenti Emmanuel Makron İsrail mənşəli "NSO Group" şirkəti tərəfindən istehsal olunan "Pegasus" adlı casus proqramı ilə əlaqədar iki gün əvvəl İsrail Baş naziri Naftali Bennetdən rəsmi bir açıqlama istəyib.