Müsəlman ölkələri Rusiyanın köməyinə arxalana bilər - Putin | Eurasia Diary - ednews.net

23 Sentyabr, Cümə axşamı

Müsəlman ölkələri Rusiyanın köməyinə arxalana bilər - Putin

Dünya A- A A+

“Müsəlman ölkələri regional böhranların həll olunmasında və terrorizm ilə mübarizədə Rusiyanın köməyinə arxalana bilər”.

Eurasia Diary Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rusiya - İslam dünyası” XII Beynəlxalq İqtisadi Sammit iştirakçılarına ünvanladığı məktubda bildirib.

“Qeyd etmək istərdim ki, tərəfdaşlarımız regional böhranların və kəskin sosial problemlərin, bütün terrorizm və ekstremizm hallarının aradan qaldırılması səylərində Rusiya Federasiyasının dəstəyinə və birgə fəaliyyətinə arxalana bilər”, - deyə Putin sözlərinə əlavə edib.

Məktubda, həmçinin qeyd olunur ki, Rusiya və müsəlman ölkələri arasında münasibətlər ənənəvi olaraq dostluq və konstruktiv xarakter daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...