Vahid Koreya dövlətinə doğru bir addım Kim öz sonunu hazırlayır?

Dünya 22:50 28.07.2021

Koreya yarımadasının şimal və cənub hissələri arasında 70 ildən artıq müddətdir davam edən münaqişədə mühüm yenilik baş verib. Belə ki, Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreya arasında əldə olunan razılaşmaya əsasən ölkələr arasında kommunikasiya əlaqələri aktivləşdiriləcək. Sözügedən addımın baş verməsi nəticəsində isə, iki ölkə arasında rabitə əlaqələri bərpa olunacaq.

Bu isə uzun illərdir özünü dünyadan təcrid etmiş KXDR üçün yeni mərhələnin başlanğıcı deməkdir.

Qeyd edək ki, yarımadanın şimal və cənub hissələri arasında 1950-ci ildə başlayan müharibə, 1953-cü ildə razılaşma ilə nəticələnmişdi. O dönəmdə SSRİ, Çin, ABŞ və NATO kimi güclərin də iştirak etdiyi savaşın ardından iki ölkə arasında bütün əlaqələr kəsilib. Şimal və cənub respublikaları arasında isə müharibənin üzərindən 70 ilə yaxın müddət keçsə belə hələ də sülh müqaviləsi imzalanmayıb.

Kommunizmin son işartıları

Təbii ki, vəziyyətin bu cür cərəyan etməsi gələcəkdə eyni xalqın iki dövləti arasında əməkdaşlığın digər sahələrinin də inkişafı ilə nəticələnəcək. Eyni zamanda hər iki ölkə rəsmilərinin də mövcud uğurlu tendensiyanın inkişafında maraqlı olduğunu qeyd etməkdə fayda var.

Hadisələrin nə cür inkişaf edəcəyini proqnozlaşdırmaq isə, Pxenyan lideri Kim Çen İnin dünyaya təqdim olunan şəxsi keyfiyyətləri səbəbindən o qədər də asan deyil. Lakin ümumi vəziyyəti nəzərə alaraq, bir sıra fikirlər irəli sürmək mümkündür.

İlk öncə xatırladaq ki, yarımadanın cənubundan şimalına doğru uzun müddətdir propaqanda xarakterli ismarışlar göndərilir. Sözügedən addımların atılması isə KXDR tərəfindən kəskin narazılıqla qarşılanırdı. Çünki özünü dünyaya qapadaraq aclıqla boğuşan xalqına absurd reallıq yaratmış kommunist hökumətin paxırları bu sayədə üzə çıxırdı.

Əsas maraq doğuran məqam da, şimal rəhbərliyinin qeyd olunan vəziyyətdən agah olmasına baxmayaraq, kommunikasiya xətlərinin bərpasına icazə verməsidir.

Görünür, şimaldakı respublikanın daxili vəziyyəti heç də ürəkaçan deyil. Təsadüfi deyil ki, Kim Çen İn də son çıxışı zamanı ölkənin 1950-1953-cü illər müharibəsindən sonra ən çətin dönəmini yaşadığını etiraf edib. Görünən odur ki, Şimali Koreyada pandemiyadan sonra vəziyyət daha kritik hal alıb. Eyni zamanda Kimin özünün də durumu heç də yaxşı deyil. Belə ki, xeyli müddət özünü dünya ictimaiyyətindən gizlədən kommunist liderin 20 kiloqrama qədər arıqladığı müşahidə olunub. 

İndiki məqamda isə əlaqələrin bərpası Şimali Koreya vətəndaşlarının həqiqətləri daha aydın görməsinə səbəb olacaq. Belə olan halda, şimal xalqı cənublu soydaşlarının rifah halını dərk edərək dünyanın onlara təqdim olunandan nə qədər fərqli olduğunu görəcəklər. Bu isə diktatura rejiminin sonu deməkdir.

Totalitar rejimin bu gedişatı dərk edərək, yumşalmaya getməsinin əsas səbəbi isə, yəqin ki, sonunun yaxınlaşdığını anlaması olub.

Yəni rəsmi Pxenyan ölkəni daxili gərginliyə sürükləmək yerinə islahatlara getmək yolunu seçib. Kim Çen İnin 20 kiloqram arıqlaması da görünən qədərilə məhz ölkəsinin rifahı naminə göstərdiyi gərgin fəaliyyətin yox, sadəcə taxtını itirmək qorxusunun yaratdığı stresin nəticəsi imiş.

Vəziyyətin bu formada cərəyan etməsi isə, koreyalıların uzun illərdir xəyalında olduğu vahid Koreya dövlətinin yaranmasına gətirib çıxara bilər. Nəticə isə onu göstərir ki, Kubadakı gərgin vəziyyətdən sonra, KXDR-də də kommunist rejim yavaş-yavaş başa çatmaqdadır.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı