Vaşinqton Rusiyanın Moskva, Vladivostok və Yekaterinburq şəhərlərindəki diplomatik obyektlərdə çalışan 182 yerli işçini işdən çıxarmalı olacaq.
EDNews.net Publika.az-a istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
O, bunu əcnəbilərin işə götürülməsinə qoyulan məhdudiyyətlərlə əlaqələndirib.