Ermənistanda yeni seçilmiş parlamentin ilk iclasında növbəti qalmaqal yaşanıb.
EDNews.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Belə ki, parlamentdə təmsil olunan müxalifət nümayəndələri etiraz əlaməti olaraq iclası tərk ediblər. Onlar həbsdə olan həmkarları Mxitar Zakaryan və Artur Sarkisyanın iclasda iştirakının təmin olunmamasına etiraz ediblər.(oxu.az)