Rus diplomatların ABŞ-da üç illik qalma limiti Vaşinqtonun bu ölkədəki Rusiya nümayəndəlikləri ilə əlaqədar qanunsuz fəaliyyətinin yalnız bir hissəsidir.
EDNews.net Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova çıxış edib.
"Onlara (ABŞ Dövlət Departamentinin nümayəndələrinə) eyni məhdudiyyətlərin digər ölkələrin diplomatlarına tətbiq edilib-edilməməsi ilə bağlı sual verdikdə, onlar susdular", - Zaxarova vurğulayıb.