Talibana təslim olan təhlükəsizlik qüvvələri gecə saatlarında yoxa çıxıb.
EDNews.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ və Britaniyanın Kabildəki səfirlikləri məlumat yayıb.
Məlumata görə, Taliban onlara təslim olan təhlükəsizlik qüvvələrinə zərər verməyəcəyini vəd edib.
Qeyd edilib ki, Taliban Əfqanıstan əsgərlərinin dul qadınlarını yaraqlıları ilə evlənməyə məcbur edir. Fakt təsdiqlənərsə, bunun hərbi cinayət kimi qiymətləndiriləcəyi bildirilib.
Hər iki səfirlik "təcili atəşkəs" çağırışı edib.
Taliban hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.