Afrika Birliyi Komissiyasının sədri Musa Fəqi Məhəmməd, Əlcəzairlə Mərakeş arasında diplomatik əlaqələrin kəsilməsindən dolayı dərin təəssüf hissi keçirdiyini ifadə edib. Verilən açıqlamada, komissiya rəhbəri iki ölkə və dost Məğrib xalqları arasındakı qardaşlıq və tarixi əlaqələrin gərginləşməsini pisləyib.Komissiya sədri iki ölkənin liderlərini barışığa çağıraraq iki xalqın maraqları naminə səmərəli əməkdaşlıq üçün iki ölkə liderlərini gərginliyi daha da qızışdıracaq hərəkətlərdən çəkinməyə dəvət edib.
Sonda Afrika İttifaqının Məğrib və Afrikada sülh, firavanlıq naminə qardaşlıq əlaqələrini bərpa etmək üçün hər hansı bir təşəbbüsü alqışladığını və hər zaman dəstəyə hazır olduğunu vurğulayıb.
Tərcümə: Həşim Məmmədov