Ermənistan Şimal-Cənub layihəsi çərçivəsində Qacaran-Sisian yolunun inşasına 1 milyard dollar dəyərində yardım ayırmağı planlaşdırır.
EDNews.net Modern.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Vaan Kerobyan söyləyib.
“Qafandan Gorusa köməkçi yol var amma o, yol pis vəziyyətdədir. Həmin yol ən pis hallar üçün B planı rolunu oynayır. Hazırda həmin yolda hərəkəti bərpa etmək üçün çalışırıq”.
Kerobyan beynəlxalq kredit hesabına inşa olunacaq Qacaran-Sisian yolunun Şimal-Cənub dəhlizinin işə başlamasında əsaslı dəstək olacağını söyləyib.
Nazir İrandan gələn yük maşınlarının ölkəyə gəlməsində ciddi problemlərin olduğunu da əlavə edib.