“Taliban” yeni konstitusiya hazırladı - Bayrağın rəngi dəyişilir | Eurasia Diary - ednews.net

17 Oktyabr,

“Taliban” yeni konstitusiya hazırladı - Bayrağın rəngi dəyişilir

Dünya A- A A+

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ölkənin yeni konstitusiyasını hazırlayıb.

EDNews.net Modern.az-a istinadən xəbər verir ki, bu barədə konstitusiyanın surətini əldə edən Əfqanıstanın “Aamaj News” agentliyi məlumat yayıb.

Konstitusiya “Əfqanıstan İslam Əmirliyi”nin əsas prinsiplərini müəyyən edir. Sənəd 12 fəsil və 179 bənddən ibarətdir. Yeni konstitusiyada qanunlar sünniliyin ən geniş yayılmış hüquq məktəblərindən biri olan hənəfilik məzhəbinə əsaslanır.

Konstitusiyaya əsasən, bütün Əfqanıstan vətəndaşları heç bir ayrı-seçkilik olmadan bərabər hüquqlara malik olacaqlar. Hökumətə İslam elminin inkişafı və dini məktəblərin yaradılması tapşırılıb. Əsas qanunda yeni Əfqanıstan bayrağının ağ rəngdə olduğu müəyyən edilib. Ölkənin rəsmi dilləri puştu və dari olacaq, orta məktəblərdə ərəb dili tədris olunacaq.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...