Kabildə qadınlar etiraz aksiyası keçiriblər - ednews.net

28 Oktyabr, Cümə axşamı

Kabildə qadınlar etiraz aksiyası keçiriblər

Dünya A- A A+

Əfqanıstanın paytaxtı Kabildə qadınlar öz hüquqları uğrunda etiraz aksiyası keçiriblər. Bu barədə "Tolo News" telekanalı məlumat yayıb.

Kabildə qadın problemləri ilə bağlı Nazirliyin binası qarşısında aksiya keçirən qadınlar "Taliban"dan bir sıra hüquqların tanınmasını tələb ediblər.

Qeyd edək ki, hakimiyyətini şəriət qanunları üzərində qurduğunu deyən "Taliban" qadınlarla bağlı bir sıra yeniliklər edib. "Taliban" sözçüsü Zabihullah Mücahidin sözlərinə görə, qadınlar artıq yeni hökumətdə nazir vəzifələrini tuta bilməyəcək, nazirliklərdə, polisdə və ədliyyədə yalnız köməkçi olaraq çalışacaqlar.

"Taliban", həmçinin qadın hüquqlarına hörmət edəcəyini bildirsə də, əyalətlərdə əvvəlki qadağalar hələ də qüvvədədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...