Rusiyada qəzaya düşən təyyarənin görüntüləri yayıldı - ednews.net

27 Oktyabr, Çərşənbə

Rusiyada qəzaya düşən təyyarənin görüntüləri yayıldı

Dünya A- A A+

Xəbər verdiyimiz kimi, dünən Rusiyanın Xabarovsk şəhəri yaxınlığında An-26 təyyarəsi qəzaya düşüb.

EDNews.net xəbər verir ki, bu gün İstintaq Komitəsinin və Baş Prokurorluğun əməkdaşları da daxil olmaqla 28 nəfərdən ibarət ikinci qrup hadisə yerinə gedib.

Qeyd edək ki, qəza yerində qurbanlardan birinin cəsədi tapılmışdı.

Xilasedicilərin artıq əraziyə çatdıqları və axtarışlara davam etdikləri deyilir.

Verilən məlumata görə, çətin ərazi onların işini xeyli çətinləşdirib.

Məlum olub ki, təyyarə Xrebtovaya dağı ərazisinə düşüb. Təyyarənin hissələri bir neçə yüz metrə səpələnib.

AN-26 təyyarəsinin ekipajının bütün üzvləri ölüb. Cəsədlərin ən yaxın qəsəbəyə daşınması məsələsi həll olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...