Bayden gələn ay Romaya gedəcək - Səbəblər açıqlandı | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Bayden gələn ay Romaya gedəcək - Səbəblər açıqlandı

Dünya A- A A+

ABŞ Prezidenti Co Bayden gələn ayın sonunda Romaya gedəcək.

EDNews.net xəbər verir ki, Birləşmiş Ştatların rəhbəri Romada keçirilməsi planlaşdırılan G20 sammitinə qatılmaq üçün İtaliyaya səfər edəcək. 

Məlumata görə, dövlət başçısı gələn ayın sonunda Romada keçiriləcək G20 sammitində iştirak etməyi, daha sonra isə noyabrda Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Konfransına getməyi planlaşdırır. 

Qeyd edək ki, G20 sammitinin 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtında keçirilməsi nəzərdə tutulub. 

Onu da deyək ki, Baydenin Avropaya səfəri çərçivəsində Fransa prezidenti Makronla görüşmək ehtimalı da var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...