Bəzi ölkələrlə ticarət əlaqələrimiz inkişaf edir və yaxın zamanda böyük layihələr başladılacaq.
EDNews.net xəbər verir ki, bu sözləri Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Talibanın xarici işlər naziri təyin etdiyi Əmirxan Muttaki deyib.
“Məqsədimiz xarici dünya ilə təmas qurmaqdır. Bizə təzyiq edilməsi doğru addım deyil. Bəzi ölkələrlə münasibətlərdə müəyyən problemlər var. Bunların həllinə çalışırıq”, - deyə Muttaki bildirib.