Təəssüf ki, ABŞ və digər NATO ölkələri nəticələrini dərk etmədən hərbçilərini Əfqanıstandan geri çəkib.
EDNews.net xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Ancaq bildiyiniz kimi, bunun nəticəsi xeyli sayda silahın Əfqanıstanda qalması oldu. Aydındır ki, hamımız bu silahların konstruktiv olmayan məqsədlər üçün istifadə edilmədiyinə əmin olmaq istəyirik", - deyə Lavrov bildirib.