ABŞ prezidenti Co Bayden Ağ evdə Hindistanın baş naziri Narendra Modi ilə görüşü zamanı etdiyi zarafat amerikalıların tənqidinə səbəb olub.
EDNews.net xəbər verir ki, Bayden jurnalistləri görüşə dəvət etməzdən əvvəl zarafatla ABŞ mətbuatını Hindistan mətbuatı ilə müqayisə edərək, hindli jurnalistlərin amerikalı jurnalistlərdən daha yaxşı işlədiklərini deyib.
Hindistan mətbuatını daha üstün xarakterizə edən ABŞ lideri Modini yerli jurnalistlərin "əsaslı suallar" verməyəcəyi barədə xəbərdar edib. O, həmçinin, Modiyə ABŞ jurnalistlərinə cavab verməməyi təklif etdi.
Baydenin sözügedən zarafatı əks olunan video Respublikaçılar Partiyasının Milli Komitəsi tərəfindən “Twitter” hesabına yerləşdirilib. Prezidentin fikirləri sərt tənqid olunub.