Rusiya Dumasına regional hakimiyyətlər haqqında qanun layihəsi təqdim edilib.
EDNews.net xəbər verir ki, qanun layihəsi qəbul olunacağı halda qubernatorlar üçün təyin edilən iki müddətlik seçki dönəmi məhdudiyyəti ləğv olunacaq. Qubernatorlar bundan sonra subyekt rəhbərləri olaraq adlandırılacaq. Onların fəaliyyət müddəti isə 5 illik olacaq.
Qanun layihəsi həmçinin region başçılarının prezident tərəfindən istefaya göndərilməsi ilə bağlı əsasları da genişləndirir. Yeni layihəyə əsasən, istefaya göndərilən qurbernator 5 il ərzində subyekt rəhbəri vəzifəsinə iddialı olmayacaq.