Oktyabrın 14-də Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts Nyu-Yorkdakı Erməni Vəkillər Kollegiyasının üzvləri ilə görüşə təşəbbüs göstərib, lakin həmin görüşə cəmi 10 nəfər gəlib.
EDNews.net-in erməni KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Makunts öz "Twitter" səhifəsində bildirib və şərh bölümünü bağlayıb.
Təşkilatın Nyu-Yorkda yaşayan və qeydiyyatdan keçmiş 300-ə yaxın üzvü olsa da, onlardan gələn olmayıb.
Makunts dərnəyin qəyyumlar şurasının üzvləri ilə görüşdüyünü, amma idarə heyətinin sədri Lüsi Varpetyanın da orada olmadığını bildirib.
Üstəlik, tədbirin təşkilatın "Twitter", "Facebook" və rəsmi internet saytlarında yayımlanmamasına qərar verilib.