Britaniya Türkiyənin istehsal etdiyi zərbə PUA-ları ilə maraqlanır.
EDNews.net xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “CNN Türk” kanalına müsahibəsində məlumat verib.
O qeyd edib ki, Türkiyə öz növbəsində Britaniyaya müvafiq təkliflər verib.
“Böyük Britaniya Türkiyənin zərbə tipli PUA-ları ilə çox maraqlanır. İndi qərar verməlidirlər. Onlara seçim təklif etdik. Hazırda bu variantları ciddi şəkildə nəzərdən keçirirlər”, - deyə nazir bildirib.
Türkiyə istehsalı zərbə PUA-larına xüsusilə Suriya, Liviya, Azərbaycan və İraqda əldə etdiyi yüksək müvəffəqiyyətdən sonra maraq olduqca artıb. “Bayraktar TB2” Qətər, Azərbaycan, Liviya, Ukrayna, Polşa və Türkmənistana, “Anka-S” Tunisə, “Vestel Karayel” isə Səudiyyə Ərəbistanına ixrac edilib. Məlumdur ki, Mərakeş, Litva, Macarıstan, Efiopiya və bir neçə başqa ölkə Türkiyə PUA-ları ilə yaxından maraqlanır və hətta bu ölkələrdən bəziləri PUA-ları almağa başlayıblar.