“Sentyabrın 22-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyana müraciət edərək bildirmişdim ki, parlamentin Müdafiə və təhlükəsizlik komissiyasının daimi üzvü olaraq sərhədin Zod-Xəznivar hissəsinə səfər etmək və hökm sürən vəziyyətlə tanış olmaq niyyətindəyəm”.
EDNews.net xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan yazıb.
Abrahamyan qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan qanunu pozaraq məktuba cavab verməyib.
“Məktubuma cavab verməsi üçün BQ rəisi Artak Davtyana 2 gün vaxt verirəm. Məni özümdən çıxarmamağı məsləhət görürəm”, - deyə o bildirib.