Tanqo üçün iki nəfər lazımdır, NATO isə tək rəqs edir - Peskov - ednews.net

3 Dekabr, Cümə

Tanqo üçün iki nəfər lazımdır, NATO isə tək rəqs edir - Peskov

Dünya A- A A+

Rusiya NATO-nun Moskvada informasiya bürosunun bağlanmasından zərər görməyəcək.

EDNews.net xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov NATO-nun Moskvada informasiya bürosunun bağlanmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya ilə NATO arasında dialoq olmayıb: ““De fakto” olan vəziyyət sadəcə “de yure” formalaşdırılıb. Münasibətlər və dialoq olmayıb”.

Kremlin sözçüsü NATO-nun Rusiyanı təcrid etmək niyyətini deklare etdiyini və bunu konkret fəaliyyətlərlə gücləndirdiyini qeyd edib: “Rusiya diplomatlarının akkreditasiyasının ləğv olunması isə son damla idi”.

D. Peskov Rusiya-NATO münasibətlərini tanqo rəqsi ilə müqayisə edib: “Biz dəfələrlə demişik ki, tanqonu təklikdə rəqs etmək mümkün deyil və biz bunu etməyə hazırlaşmırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...