Ukrayna Britaniyadan “Brimstone” raketləri almaq üçün danışıqlar aparır - ednews.net

3 Dekabr, Cümə

Ukrayna Britaniyadan “Brimstone” raketləri almaq üçün danışıqlar aparır

Dünya A- A A+
Ukrayna hərbi təyyarələrdə istifadə ediləcək “Brimstone” raketləri almaq üçün Britaniya ilə danışıqlar aparır.
 
EDNews.net xəbər verir ki, bu barədə “The Times” nəşri öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, tərəflər Ukrayna təyyarələrinə hər birinin dəyəri təxminən 138 min dollar olan MBDA şirkəti tərəfindən istehsal edilən“Brimstone” raketlərinin quraşdırılması imkanlarını müzakirə edirlər. Bu raketlər Britaniya Hərbi Hava Qüvvələrində istifadə olunur və Əfqanıstan, Liviya və Suriyada tətbiq edilib.

50 kq ağırlığında və 1,8 metr uzunluğunda olan raketlər nəqliyyat vasitələrinə, tanklara və gəmilərə zərbə endirmək üçün nəzərdə tutulub.

Eyni zamanda raketlərin gəmilərə quraşdırılan versiyasının da satılması planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...