Berlinin “Bayraqdar” etirazına Kiyevdən sərt cavab - ednews.net

2 Dekabr, Cümə axşamı

Berlinin “Bayraqdar” etirazına Kiyevdən sərt cavab

Dünya A- A A+

Ukrayna ordusunun Donbasdakı separatçılara qarşı “Bayraqdar” PUA-larından istifadəsini təkcə Rusiya yox, Almaniya da tənqid edib.

EDNews.net xəbər verir ki, bu məlumatı “Bild” qəzeti yayıb. Məlumata görə, federal hökumət bütün tərəflərin bölgədə yalnız ATƏT-ə məxsus PUA-lardan istifadə edilməsi gərəkdiyini açıqlayıb. Almaniya hökuməti bütün tərəfləri deeskalasiyaya çağırıb.

Ukraynanın Berlindəki səfiri Andrey Melnik Almaniya hökumətinin reaksiyasını sərt tənqid edib:

“Ukrayna tərəfi Almaniya XİN-in bugünkü xəbərdarlığını qəti şəkildə rədd edir. Əgər ərazilərimiz gündüz və gecə Rusiya silahları ilə atəşə tutulursa, dinc sakinlər və əsgərlərimiz ölürsə, Ukraynanın özünmüdafiə üçün tam qanuni haqqı var. Kiyev Almaniya hökumətini dramatik situasiyaya narahatlığını bildirmək yerinə vasitəçilik rolu ilə bağlı səylərini gücləndirməyə çağırır. Berlində Normand sammitini çağırsın və Moskvanı öz yerinə oturtsun”.

Qeyd edək ki, Ukrayna ordusu 26 oktyabrda Donbasda ilk dəfə “Bayraqdar”dan istifadə edərək, düşmənin habitsasını məhv etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...