Britaniya Fransaya 48 saat vaxt verdi İki ölkə arasında qarşıdurma kəskinləşdi

Dünya 12:45 02.11.2021

Britaniya Fransaya iki ölkə arasında balıqçılıq sahəsində davam edən qarşıdurmadan çəkilməsi üçün 48 saatlıq ultimatum verib. Ötən həftə Fransa La Manş boğazında molyusk ovlayan Britaniya gəmilərindən birini həbs edib.

London bildirir ki, Paris bu qarşıdurmadan geri çəkilməsə, Britaniya Avropa İttifaqı ilə imzaladığı müqavilədə nəzərdə tutulan cəza tədbirlərinə əl atacaq. Paris öz növbəsində bildirir ki, gəmi Fransanın ərazi sularında həbs olunub və Fransa noyabrın 2-dən Britaniyaya sanksiyalar tətbiq edə bilər.

“Reuters” agentliyi yazır ki, Paris sanksiyalar dedikdə ilk növbədə Britaniyadan gətirilən malların sanitar yoxlanışının sərtləşdirilməsini və bir sıra Fransa portlarının Britaniya gəmiləri üçün bağlanmasını nəzərdə tutur.

Britaniyanın xarici işlər naziri Liz Tras deyib ki, Fransa tamamilə “əsassız təhdidlərə” əl atır: "Fransızlar ədalətsiz davranırlar. Bu cür hərəkətlər ticarət razılaşmasında nəzərdə tutulmayıb. Və əgər kimsə ticarətdə ədalətsiz hərəkət edirsə, qarşı tərəf də əks-hərəkət etməli və cavab tədbirləri görməlidir. Əgər fransızlar geri çəkilməslər, biz məhz belə edəcəyik”.

Xanım Tras deyib ki, ədalətsiz mövqeyindən geri çəkilməsi üçün Fransaya 48 saat vaxt verilir.

Britaniya və Fransa arasındakı onilliklərdir ki, balıqçılıq ərazilərinə görə vaxtaşırı qarşıdurmalar yaranır. Ötən sentyabrda Fransa Britaniyanı fransız balıqçılara Britaniya sahillərinin 11-22 kilometrlik zolağında ov etmək üçün lisenziyalar verməməkdə ittiham etmişdi.

Britaniya isə cavab verir ki, o belə lisenziyaları yalnız əvvəlllər bu ərazidə ov etdiyini təsdiqləyə bilən gəmilərə verir.

Fransa prezidenti Emmanuel Makron və Britaniyanın baş naziri Boris Conson Romada keçirilən G20 sammitində ayaqüstü görüşərək bu məsələni müzakirə etsələr də, razılığa gələ bilməyiblər.

Conson deyib ki, o Parisin Avropa İttifaqına göndərdiyi məktubu oxuyanda mat qalıb. Bu məktubda Fransanın baş naziri Jan Kasteks yazıb ki, Avropa İttifaqı Britaniyaya İttifaq tərkibində qalmaqla ondan çıxmağın fərqini nümayiş etdirməlidir.

Britaniya 2016-cı ildə keçirdiyi referendumda Avropa İttifaqından çıxmaq qərarı qəbul edəndən bəri Londonla Paris arasında münasibətlər gərginləşib.

Britaniyanın bu yaxınlarda ABŞ və Avstraliya ilə ayrıca hərbi pakt bağlaması bu qarşıdurmanı daha da gücləndirib. Britaniyanın xarici işlər naziri Tras deyib ki, o Parisin belə inadkarlığını Fransada gələn il keçiriləcək prezident seçkisi ilə əlaqələndirir. Balıqçılıq Avropanın bu iki iqtisadiyyatında kiçicik bir paya malik olsa da, bu sənayenin sahil əhalisi üçün böyük həyati əhəmiyyəti var. 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Hamısı