Həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ədliyyə Nazirliyi onun yemək yediyi kadrları dərc etdikdən sonra dərman qəbul etməkdən imtina edib.
EDNews.net xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın keçmiş liderinin şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib.
Məlumata görə, Mixail Saakaşvili dərman qəbul etməkdən, analizlərdən keçməkdən və qan transfüzyonundan imtina edib.
Qeyd edək ki, Gürcüstan ədliyyə naziri Rati Breqadze Saakaşvilinin sıyıq yediyini bildirmişdi. Amma vəkillər və Saakaşvili özü bunu təkzib etmişdi.
Sonradan isə onun şirə və daha nələrsə qəbul etdiyini əks etdirən görüntülər yayılmışdı.