Fransanın Türkiyəyə qarşı çirkin oyunu... - ednews.net

27 Noyabr, Şənbə

Fransanın Türkiyəyə qarşı çirkin oyunu...

Dünya A- A A+

Türkiyənin TRT telekanalının Fransa kəşfiyyatı və bu ölkənin “Lafarj” şirkəti ilə PKK və İŞİD terror təşkilatları arasındakı əlaqələrdən bəhs edən sənədli filmində diqqətçəkən detallar yer alıb.

EDNews.net Teleqraf.com-a istinadən xəbər verir ki, sənədli filmdə “Lafarj”ın Fransanın casus təşkilatları üçün vasitəmi rolunu oynadığı, İŞİD-in şirkətdən gəlir mənbəyi və hərbi planları üçün istifadə etdiyi üzə çıxıb.

İŞİD və PKK-nın 2014-cü ilin avqustunda razılaşma əldə etdiyi və bununla hər iki terror təşkilatının fransız şirkətindən iri həcmdə pul aldığı bildirilib.

Razılaşmaya əsasən “LafarJ”ın PKK və İŞİD-i maliyyələşdirəcəyi və beləliklə də şirkətin Suriyadakı fabrikinin açıq qalacağı müəyyən edilib. Həmin vaxt Fransanın maliyyə naziri olan Mişel Sapinin bu razılaşmadan xəbərdar olduğu da diqqətə çatdırılıb. Sapi üçün Maliyyə Nazirliyinin poçtuna şirkətin İŞİD və PKK ilə əməkdaşlığını əks etdirən sənədin göndərildiyi də deyilib.

Avropa Birliyi (AB) və Fransa hökuməti bundan xəbərdar olsa da, bu barədə “Lafarj”a heç bir xəbərdarlıq edilməyib və bu yöndə tədbir görülməyib.

“Lafarj”ın İŞİD-in əsas gəlir mənbəyi olması ilə yanaşı, təşkilatın hərbi planlarının icrasında mühüm rol oynayan və sementlə tunellər inşa edən baza olduğu da faktlarla sənədləşdirilib.

Digər tərəfdən, sızdırılmış yüzlərlə e-poçt, hesabat və diplomatik sənədlərlə “Lafarj”ın Suriyadakı sement fabrikinin Fransanın casus təşkilatları və xüsusi xidmət orqanları üçün cəbhə rolunu oynadığı da ifşa edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...