İranda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb.
EDNews.net AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişafı, regionda və dünyada baş verən siyasi proseslər müzakirə ediləcək. Nazirlər, həmçinin sərhədlərin mühafizəsinin gücləndirilməsi və su problemi ilə bağlı müzakirələr aparacaqlar.