Meksikada ağır yol qəzası baş verib.
APA “Milenio” nəşrinə istinadən xəbər verir ki, hadisə Mexiko ştatında qeydə alınıb.
Sərnişin avtobusunun yaşayış evinə çırpılması nəticəsində 21 nəfər həyatını itirib.
İlkin məlumata görə, qəzaya səbəb avtobusun əyləc sistemindəki nasazlıq olub.