Fransada açıq havada maska məcburi oldu - ednews.net

26 Yanvar, Çərşənbə

Fransada açıq havada maska məcburi oldu

Dünya A- A A+

Fransanın paytaxtı Parisdə festivallarda və bazar yerlərində maska taxmaq məcburi edilib.

EDNews.net modern.az-a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxmada artımdan sonra bu qərar verilib.

Fransa həmçinin COVID-19-un yeni ştamı olan "Omicron" səbəbiylə Afrikanın 7 ölkəsindən uçuşları dayandırdığını açıqlayıb.

Fransa Baş Nazirliyi yeni ştamın aşkarlandığı Cənubi Afrika, Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya və Esvatinidən Fransaya uçuşların ən azı 48 saat dayandırıldığını açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada 77, Botsvanada 4, Honq Konqda 2, İsrail və Belçikada hər birində bir aşkarlanan yoluxmanın yeni ştam "Omicron" adının verildiyini açıqlayıb. 

ÜST-ə görə, ilkin sübutlar Cənubi Afrika ştamının digər variantlardan daha yoluxucu olduğunu göstərir.

"Omicron" ştamının Cənubi Afrikanın bütün bölgələrində artdığı deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...