Dünya ölkələri yenidən sərhədləri bağlamağa başlayır - ednews.net

26 Yanvar, Çərşənbə

Dünya ölkələri yenidən sərhədləri bağlamağa başlayır

Dünya A- A A+

Cənubi Afrika Respublikasında koronavirusun yeni ştammının aşkar edilməsindən sonra Avropa, Amerika və Asiyada bir çox ölkələr sərhədlərdə məhdudiyyətlərlə bağlı qərar qəbul edir.

EDNews.net oxu.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, sözügedən ştamm mövcud peyvəndlərə qarşı dayanıqlı ola bilər. Bu isə Avropa və Asiyada yeni dalğa təhlükəsinə səbəb ola bilər.

Artıq Böyük Britaniya Cənubi Afrika ölkələrindən uçuşları məhdudlaşdırır. Sözügedən regiondan ölkəyə qayıdan britaniyalılar isə karantin müddətini keçməli olacaqlar. Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen də Aİ-nin də CAR və ona qonşu ölkələrlə uçuşları dayandırmaq niyyətində olduğunu açıqlayıb.

Hindistan hökuməti isə regionlar üçün CAR-dan və Cənubi Afrikanın digər ölkələrindən gələnlərin yoxlanılması ilə bağlı tövsiyə verib.

Bununla yanaşı, Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Kanada, İsveçrə, Misir, ABŞ, Almaniya, İsrail, Sinqapur, Bəhreyn, İtaliya, Mərakeş, Fransa, Çexiya, Avstriya, Malayziya kimi çoxsaylı dövlətlər də Afrika, xüsusilə də CAR-dan bu ölkələrə uçuşlara məhdudiyyətlər tətbiq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...