Bağlı qapılar arxasında anlaşma - Ərdoğan və Rəisi qərara gəlib ki... - ednews.net

21 Yanvar, Cümə

Bağlı qapılar arxasında anlaşma - Ərdoğan və Rəisi qərara gəlib ki...

Dünya A- A A+

İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İbrahim Rəisi arasında keçirilən görüş barədə məlumat verib.

EDNews.net xəbər verir ki, nazir Türkiyə və İran prezidentləri arasındakı görüşün son dərəcə dostluq və səmimi atmosferdə keçdiyini deyib.

“Münasibətlərin çoxşaxəli şəkildə inkişaf etdirilməsi və bəzi maneələrin aradan qaldırılması qərara alınıb. İki ölkə arasındakı əlaqələr tarixidir. Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurası iclas keçirməyə razılaşıb”, - Abdullahiyan söyləyib.

İƏT-in 15-ci zirvəsində iştirak etmək üçün Türkmənistana səfər edən Prezident Ərdoğan iranlı həmkarı ilə sammit çərçivəsində bağlı qapılar arxasında görüş keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...