Fələstin prezidenti İsrailə xəbərdarlıq etdi - ednews.net

26 Yanvar, Çərşənbə

Fələstin prezidenti İsrailə xəbərdarlıq etdi

Dünya A- A A+

Fələstin prezidenti Mahmud Abbas İsrailə xəbərdarlıq edib.

EDNews.net xəbər verir ki, o, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən iki dövlətli həll vizyonunu pozmasın.

"İki dövlət həllini pozmaq Fələstin Azadlıq Təşkilatının mərkəzi şurasını qəti qərarlar qəbul etməyə sövq edər. Fələstin tərəfi hələ də iki dövlətli həll və beynəlxalq dördlüyün himayəsi altında beynəlxalq qətnaməyə uyğun olaraq ədalətli və hərtərəfli sülhə nail olmaq üçün əllərini uzadıb", - Abbas deyib.

Bildirilib ki, xəbərdarlıq İsrailin İordan çayının qərb sahilinin cənubundakı Hebron şəhərində 372 yaşayış məntəqəsinin tikintisini təsdiqlədikdən bir neçə gün sonra edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...