ABŞ Prezidentinin keçirdiyi tədbir təhlükəli və ikiüzlülükdür - Rusiya XİN - ednews.net

24 Yanvar, Bazar ertəsi

ABŞ Prezidentinin keçirdiyi tədbir təhlükəli və ikiüzlülükdür - Rusiya XİN

Dünya A- A A+

“ABŞ-ın dekabrda keçirmək niyyətində olduğu “Demokratiya uğrunda sammit” ideyası təhlükəli və ikiüzlülükdür”.

EDNews.net TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 1-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, tədbiri hansı dövlətin, hansı formatda keçirməsinə deyil, onun ideyasına diqqət yetirmək lazımdır: “İdeya yalnız ikiüzlülüyə görə deyil, demokratiya, insan haqları qorunmayan dövlətlərin bunlardan danışması və bunları öyrətməyə cəhdi çox təhlükəlidir”.

Qeyd edək ki, dekabrın 9-10-da ABŞ Prezidenti Cozef Bayden təşəbbüsü ilə videoformatda “Demokratiya uğrunda sammit” keçiriləcək. Tərbirdə dövlətləin liderləri, hüquq müdafiəçiləri və iş adamları iştirak edəcəklər. Ümumilikdə “sammit”ə 110 dövlətin lderi dəvət edilib. Bu siyahıda Tayvan adasının adı olsa da Çin, Rusiya, Türkiyə və Misir kimi dövlətlərin adları yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...