Dünyanın 43 ölkəsindən təqribən 45 milyon insan aclıq problemi ilə üzləşə bilər.
EDNews.net Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin cümə axşamı nəşr etdiyi “Qlobal Humanitar İcmal - 2022”də qeyd olunub.
Sənəddə bildirilir ki, dünyanın ən ehtiyac içərisində olan sakinlərinə yardım göstərmək üçün 41 milyon dollar tələb olunacaq. Ümumilikdə 2022-ci ildə dünyada 274 milyon insan təcili köməyə və qorumaya ehtiyac duyacaq. Bu isə ötən illə müqayisədə 17% çoxdur.
Bununla yanaşı, icmalda dünya əhalisinin 1%-dən çoxunun məcburi köçkün vəziyyətinə düşdüyü vurğulanır.