Tevan Poqosyan Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb.
EDNews.net "Report"a istinadən xəbər verir ki, o, bunu yerli "Hraparak" qəzetinə müsahibəsində deyib.
"Mən bir neçə aydır ki, Prezident Armen Sarkisyanın müşaviri deyiləm", - o qeyd edib.
Ermənistanın keçmiş deputatı dövlət başçısı ilə sonuncu dəfə aprel ayında görüşdüyünü bildirib.