ABŞ Aİ-ni Rusiya təcavüzünə inandırmağa çalışıb - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

ABŞ Aİ-ni Rusiya təcavüzünə inandırmağa çalışıb

Dünya A- A A+

ABŞ Avropa ölkələrini Rusiyanın Ukraynaya təcavüzünə inandırmaq üçün kəşfiyyat məlumatları ilə dəstəklənən diplomatik fəaliyyətə həftələr sərf etdi. Amma buna baxmayaraq, bəzi Avropa müttəfiqləri belə bir təhlükənin reallığına inanmadılar.

EDNews.net xəbər verir ki, bu barədə “Faynenşl Tayms” öz mənbəsinə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ-ın səyləri skeptik ölkələri, o cümlədən Almaniyanı Rusiyanın tezliklə öz qoşunlarını Ukraynaya göndərə biləcəyinə inandırmağa yönəlib.

“ABŞ ikitərəfli və kollektiv görüşlərdə və Aİ diplomatik kanalları vasitəsilə 29 NATO müttəfiqinə “Kremlin iddia edilən niyyətləri” ilə bağlı materiallar yayıb. Məxfi məlumatların ötürülməsinə noyabr ayında NATO nazirlərinin görüşündən əvvəl başlanılıb və burada digər məsələlərlə yanaşı, Ukrayna mövzusu da geniş müzakirə olunub", - məlumatda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...