ABŞ Hərbi Dəniz Qüvvələri çərşənbə günü Yəməndəki “Husi” qiyamçıları tərəfindən Qırmızı dənizdə istifadə edilən bomba yüklü insansız dəniz platformalarına qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş lazer silahını sınaqdan keçirib.
EDNews.net AP agentliyinə istinadən xəbər verir ki, Yaxın Şərqdə keçirilən sınaq zamanı lazer silahı üzən hədəfi məhv edib.
Ədən körfəzindəki sınaq zamanı lazer silahı “Portland” amfibiya gəmisinə yerləşdirilib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdə yerləşən 5-ci Donanması açıqlamasında lazerin hədəfi “uğurla vurduğunu” bildirib. Əvvəllər “Portland” 2020-ci ilin may ayında PUA-nı vurmaq üçün lazerdən istifadə edib.
Ədən körfəzi Yəmənin cənub sahili boyunca yerləşir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 2015-ci ilin martında münaqişəyə girib, lakin münaqişə dalana dirənib.