NATO-nun raketlərini Rusiya sərhədlərinə yerləşdirməsi mövcud gərginliyi artıra bilər - Lavrov - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

NATO-nun raketlərini Rusiya sərhədlərinə yerləşdirməsi mövcud gərginliyi artıra bilər - Lavrov

Dünya A- A A+

“NATO-nun raketlərini Rusiya sərhədlərinə yerləşdirməsi böyük təhdiddir və mövcud gərginliyi artıra bilər”.

EDNews.net “Haberturk”ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirb.

“Kiyevi NATO-ya daxil etmək prosesi Rusiyanın təhlükəsizliyinə qarşı qəbuledilməz təhdidlər yaradır. Bu vəziyyət Avropada böyük bir qarşıdurmaya qədər gedə bilər. Bu bütün tərəflər üçün ciddi hərbi risklər yaradır”, - S.Lavrov deyib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olmasına qarşı olduğunu və ölkəsi üçün təhlükə yaratdığını demişdi: “ABŞ və NATO-nun raket sistemləri Ukraynada peyda olarsa, onda onların Moskvaya uçuş müddəti 7-10 dəqiqəyə, hipersəs silahlarının yerləşdirilməsi ilə isə 5 dəqiqəyə qədər azalacaq. Bu, bizim üçün ən ciddi çağırışdır - təhlükəsizliyimizə çağırışdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...