“Yeni il tətilindən sonra Rusiya və ABŞ arasında təhlükəsiz məsələsi ilə bağlı danışıqların əsas mərhələsi keçiriləcək”.
EDNews.net xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Solovyov LIVE” yutub-kanalında xarici siyasətlə bağlı aktual məsələləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya təhlükəsizliklə bağlı danışıqların müddəti haqqında heç bir ultimatum irəli sürmür, amma bu danışıqlar sonsuz davam edə bilməz.