Tokayev Şarl Mişelə Qazaxıstandakı vəziyyət barədə məlumat verdi - FOTOLAR - ednews.net

25 Yanvar, Çərşənbə axşamı

Tokayev Şarl Mişelə Qazaxıstandakı vəziyyət barədə məlumat verdi - FOTOLAR

Dünya A- A A+

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında videokonfrans formatında görüş keçirilib.

EDNews.net xəbər verir ki, bu barədə məlumatı Tokayev öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, Şarl Mişel ilə məhsuldar görüş keçirib və onu Qazaxıstandakı vəziyyətlə bağlı məlumatlandırıb.

“Dövlətçiliyimizə qarşı misli görünməmiş təcavüz, hücum aktı ilə üzləşdik və konstitusiya quruluşunun və qanunun aliliyinin bərpası üçün təxirəsalınmaz tədbirlər gördük. Biz heç vaxt dinc etirazçılara qarşı gücdən istifadə etməmişik və etməyəcəyik. Bu cür iddialar yalandır”, - deyə Tokayev söyləyib.

O həmçinin vurğulayıb ki, Qazaxıstan Aİ ilə tərəfdaşlığını gücləndirməyə davam edəcək.

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...