Sülhməramlılar iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq - Prezident - ednews.net

24 Yanvar, Bazar ertəsi

Sülhməramlılar iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq - Prezident

Dünya A- A A+

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingenti iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq. Ölkədə vəziyyət sabitdir. KTMT-nin əsas missiyası başa çatıb”.

EDNews.net TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Qazaxıstana hücum planı mürəkkəb olub. Bu məsələnin üstündə peşəkarlar işləyirdi. Hücumçular Qazaxıstanda hakimiyyəti ələ keçirmək istəyiblər. Dövlət çevrilişi isə baş tutmayıb. Qazaxıstan milli təhlükəsizlik sxemi yenidən formalaşdırılmalıdır. Ölkədə Milli Qvardiyanın yeni bölmələri və xüsusi təyinatlılar yaradılmalı, sərhəd xidmətinin fəaliyyətinə yenidən baxılmalıdır. Ölkədə dini ekstremizm və cinayətkarlığın qarşısı alınmalıdır. Təəssüf ki, sosial bərabərsizlik problemi pisləşməkdədir”, - dövlət başçısı bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...