Ermənistanı tərk edənlər Rusiya vətəndaşlığı alırlar - RƏSMİ - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Ermənistanı tərk edənlər Rusiya vətəndaşlığı alırlar - RƏSMİ

Dünya A- A A+

Ötən il Rusiya Federasiyasının vətəndaşlığını alanlar daha çox Ukrayna, Tacikistan, Qazaxıstan və Ermənistandan olan şəxslərdi.

EDNews.net xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"2021-ci ilin 11 ayı ərzində 667 mindən çox əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilib. 2020-ci ilin eyni dövründə isə təxminən 563 min nəfər Rusiya vətəndaşlığına qəbul edilmişdi.
2021-ci ildə Rusiya vətəndaşlığını qəbul etmiş əcnəbilər arasında Ukrayna, Tacikistan, Qazaxıstan, Ermənistandan olanlar öndə gedir”, - Daxili İşlər Nazirliyi bildirib.

Nazirlik həmçinin qeyd edib ki, 2021-ci ilin 11 ayı ərzində 800-dən çox, 2020-ci ilin eyni dövründə 950-yə yaxın, 2019-cu ildə isə 730-a yaxın xarici yüksək ixtisaslı mütəxəssis Rusiya vətəndaşlığına qəbul edilib.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...