Rusiya Belarusa iki "S-400" diviziyası göndərib - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Rusiya Belarusa iki "S-400" diviziyası göndərib

Dünya A- A A+

Rusiyanın Xabarovsk diyarından Belarusa iki diviziya “S-400” hava-hücumundan müdafiə zenit-raket kompleksi göndərilib.

EDNews xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Kompleks dəmiryolu vasitəsi ilə yola salınıb.

Bir müddət əvvəl Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin ölkəsinə müttəfiq respublika olan Belarusa 12 “Su-35”, 2 diviziya “S-400” və “Pansir-S” zenit-raket kompleksi divizyası göndərəcəklərini bildirmişdi.

Məlumata görə, təlim tapşırıqlarının yerinə yetirildiyi ərazilərdə Rusiya hərbiçiləri Belarusla Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin tərkibində atış mövqelərini təchiz edəcək, texniki xidmət göstərəcək və döyüş hazırlığı tapşırıqlarını yerinə yetirəcək. Təlimlər iki mərhələdə keçiriləcək. Birincisi fevralın 1-9-dək hazırlıq mərhələsidir. Təlimlərin ikinci mərhələsi “Qətiyyətli ittifaq-2022” adı altında keçiriləcək və fevralın 10-dan 20-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...