“Putin Ukraynaya hücum edəcək qədər aqressiv dəli deyil, ona görə də müharibə olmayacaq...”

Dünya 15:44 23.01.2022

Polşanın eks-prezidenti Rusiyaya qarşı güzəşt siyasətinin əleyhinədir

Rusiya-Ukrayna müharibəsi təhlükəsi o qədər də real deyil, çünki Vladimir Putin bir soyuqqanlı lider kimi şıltaqlıq naminə Ukraynaya hücum etməyəcək.

Ednews Moderator.az-a istinadən xəbər verir ki, bunu Polşanın keçmiş prezidenti Bronislav Komorovski yerli “Fakt” portalına müsahibəsində deyib. O, əmindir ki, Rusiyaya uzun və yorucu münaqişə lazım deyil, o, yalnız heç bir halda ona güzəştə getməyən Aİ-yə təzyiq göstərmək istəyir.

Rusiya ilə Ukrayna arasında gərginliyin getdikcə artmasına və hər gün böyük bir münaqişənin başlaya biləcəyi barədə məlumatların çoxalmasına baxmayaraq, Polşanın keçmiş prezidenti Bronislav Komorovski vəziyyətin nəzarətdən o qədər də asanlıqla çıxacağına inanmır. O, Rusiya lideri Vladimir Putini heç də gözlənilməz və tez özündən çıxan hesab etmir. “Mən bu fikirlərlə tamamilə razı deyiləm. Rəsmi situasiyalarda bir neçə dəfə görüşmək şansımız olub və bu görüşlər zamanı onun tamamilə soyuq hesablamaları rəhbər tutduğu aydın görünürdü. Hər halda, o, heç də sırf hücum xatirinə Ukraynaya hücum edəcək qədər aqressiv dəli deyil. Putin hamını gərgin saxladığı bir vəziyyətdən nə əldə edə biləcəyini soyuqqanlıqla hesablayır”, - deyə keçmiş Polşa lideri “Fakt”a izah edib.

O, müsahibəsində təkid edir ki, nə qədər ki, Rusiya ilə danışıqlar bir nəticə verməyib, Qərb güzəştə getməməlidir. “Mən Rusiyaya qarşı güzəşt siyasətinin əleyhinəyəm. Vladimir Putin belə bir siyasəti görəndə daha çox şey istəyəcək. Buna görə də sərt mövqe tutmalı və özümüzü qorxutmağa imkan verməməliyik. Əgər Qərb öz zəifliyini göstərərsə, bu, Vladimir Putini aqressiyaya və Ukraynanın növbəti ərazilərinə hücuma sövq edə bilər. Bu danışıqlar zamanı Rusiya lideri Qərbin gücünü hiss etməlidir. Zəiflik aqressiyaya səbəb ola bilər. Və əksinə, güc təcavüzkar siyasətin qarşısını alar", - deyə keçmiş prezident birdirib.

Bronislav Komorovski də müharibə təhlükəsinin real olduğunu təsdiq etmir, hətta müharibə başlasa belə, bunun sırf hərbi münaqişə deyil, sadəcə bir sıra lokal münaqişəli hibrid müharibə olacağına inanır. “Rusiya artıq əmin olur ki, Ukrayna ordusu getdikcə daha yaxşı təkmilləşən çətin bir rəqibdir. Ona görə də Putin uzun və yorucu ola biləcək silahlı münaqişəyə getməyəcək. Bu vəziyyət çox güman ki, Aİ-yə təzyiq cəhdidir”, - deyə o qeyd edib. Onun fikrincə, yalnız Rusiyaya qarşı sərt siyasətlə və heç bir güzəştə getməməklə münaqişədən qaçmaq olar. Üstəlik, bu məsələdə ağrılı sanksiyalarsız ötüşmək mümkün olmayacaq.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Hamısı