İran neft hasilatını sanksiyalardan əvvəlki səviyyəyə çatdırmağı hədəfləyir - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

İran neft hasilatını sanksiyalardan əvvəlki səviyyəyə çatdırmağı hədəfləyir

Dünya A- A A+
İran hökuməti qarşıdakı iki ay ərzində neft hasilatını sanksiyalardan əvvəlki səviyyəyə çatdırmağı hədəfləyir.
 
Ednews  xəbər verir ki, bunu Milli İran Neft Şirkətinin (NIOC) icraçı direktoru Möhsün Xocastemehr bildirib.
 
Bu günlərdə İran Prezidenti İbrahim Rəisi 2021-ci ilin avqust ayında seçilməsindən bu yana neft ixracatını 40 %-ədək artırdıqlarını bildirmişdi.
 
Xatırladaq ki, 2018-ci ildə İranın nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planından (JCPOA) ABŞ-ın birtərəfli qaydada çıxmasından və İranın neft sənayesinə qarşı sanksiyalar tətbiq etməsindən sonra İranın neft ixracatı xeyli azalmış və üçüncü ölkələr vasitəsilə həyata keçirilirdi.
 
2021-ci ilin əvvəlindən etibarən İranla ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin arasında JCPOA-nın bəpası və sanksiyaların ləğv olunmasına dair danışıqlar aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...